Yuxarı

Floridada yarış zamanı atışma olub, ölən və yaralananlar var

Floridada yarış zamanı atışma olub, ölən və yaralananlar var

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın Florida ştatında kiber idmanı üzrə yarışda naməlum şəxs insanlara atəş açıb.

“Report” xəbər verir ki, bu barədə şerifin yerli idarəsi məlumat yayıb.

"Jacksonville Landing"də kütləvi atışma olub. Oradan uzaq durun. Hazırda ora təhlükəlidir", - deyə məlumatda bildirilir.

İlkin məlumatlara görə, atışma nəticəsində 4 nəfər ölüb, 10 yaralı var. Bu məlumat hələ ki, öz rəsmi təsdiqi tapmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi