Floridada qaldırıcı kran yaşayış evinin üzərinə aşıb

Floridada qaldırıcı kran yaşayış evinin üzərinə aşıb Hadisə nəticəsində iki nəfər xəsarət alıb
Digər ölkələr
31 May , 2018 02:55
Floridada qaldırıcı kran yaşayış evinin üzərinə aşıb

Bakı. 31 may. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Florida ştatının Lauderhill şəhərində qaldırıcı kranın yaşayış evi üzərinə aşması nəticəsində 2 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat şəhərin yanğın mühafizə xidmətinin "Twitter" səhifəsinə yerləşdirilib.

Krandan elektrikötürücü xətlərin çəkilişi üçün istifadə olunub. O, aşan zaman evlərdən birinin damını uçurub, tikiliyə ciddi ziyan dəyib. Hadisənin səbəbləri hələ ki, məlum deyil.

Xilasedicilər hazırda dağıntılar altında heç kimin qalmadığına əmin olmaq üçün hadisə yerinə baxış keçirirlər.

Son xəbərlər

Orphus sistemi