Floridada "İrma" qasırğası ilə əlaqədar insanlar təxliyyə olunur

Floridada "İrma" qasırğası ilə əlaqədar insanlar təxliyyə olunur Dörd min yük maşını və 100 vertolyotun hazır vəziyyətə gətirilməsi planlaşdırılır
Digər ölkələr
7 Sentyabr , 2017 04:38
Floridada İrma qasırğası ilə əlaqədar insanlar təxliyyə olunur

Bakı. 7 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının rəhbərliyi beşinci dərəcəli "İrma" qasırğası səbəbindən dörd dairədə əhalinin təxliyyəsini həyata keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Florida qubernatoru Rik Skott məlumat verib.

İlk olaraq Monro dairəsinin tərkibinə daxil olan 80 mindən çox əhaliyə malik Florida-Kis arxipelaqının qasırğanın qurbanı olacağı gözlənilir.

Florida qubernatoru sözlərinə görə, cümə gününə kimi 30 minə qədər adam toplamaq, 4 min yük maşını və 100 vertolyotun hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi