Yuxarı

Floridada hərbi bazada atışmada ölənlərin sayı artıb - YENİLƏNİB

Floridada hərbi bazada atışma olub, ölənlər var

Floridada yerləşən hərbi bazada açılan atəş nəticəsində qatil özü də daxil olmaqla ölənlərin sayı 4-ə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, dairə şerifinin bildirdiyinə görə, hadisədən sonra xəstəxanaya yerləşdirilən səkkiz nəfər yaralıdan biri daha sonra keçinib.

Yaralılar arasında iki nəfər polisin olduğu bildirilir.


***20:10

ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Floridanın Eskambia dairəsində yerləşən Pensakola dəniz hava hərbi bazasında qeydə alınıb. 

Bildirilib ki, hadisəni törədən şəxs məhv edilib, yaralananlar xəstəxanaya yerləşdirilib.

Hazırda əraziyə Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları cəlb edilib, araşdırma aparılır. ABŞ prezidenti Donald Tramp baş verənlərlə bağlı məlumatlandırılıb, Ağ Ev məsələni izləyir.

Qeyd edilib ki, iki gün əvvəl Havaydakı Pörl Harbor hərbi dəniz tərsanəsində hərbi dənizçi Qabriel Romero atəş açaraq iki mülki əməkdaşı öldürmüş və daha birini yaralamış, sonra isə intihar etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi