Yuxarı

Florida sahillərində minlərlə tısbağa donmaq təhlükəsindən xilas edilib

Florida sahillərində minlərlə tısbağa donmaq təhlükəsindən xilas edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın Geologiya Xidmətinin mütəxəssisləri və könüllülər Florida ştatının sahillərində soyuqdan donmaq təhlükəsi ilə üzləşən min tısbağanı xilas ediblər.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, qeyri-adi soyuqlar heyvanların çətinliklə üzməsinə və nəfəs almasına gətirib çıxarıb.

Xilasedicilər bədbəxtliklə üzləşmiş heyvanları ehtiyatla yığıblar. Qeyd edilir ki, bu ay 1000-dən çox tısbağa xilas olunub, baxmayaraq ki, il ərzində orta hesabla 30-40 tısbağa xilas edilir.

Sürünənlər adətən bərpa üçün Fars körfəzinə göndərilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi