Bakı. 24 noyabr. REPORT.AZ/ Zimbabvedə "Cessna 182" təyyarəsi qəzaya uğrayıb.
"Report" "ZimLive.com"a istinadən xəbər verir ki, hadisə Masvinqo əyalətində baş verib.
Qəza zamanı Finlandiyadan olan 4 turist və Zimbabve vətəndaşı olan heyət üzvü – pilot Barri Stayl həlak olub. Pilotun dostlarının sözlərinə görə, o, turistləri Viktoriya gölünə aparmalı imiş.
Qəzanın səbəbləri barədə məlumat verilmir.