Finlandiyada son sutkada 76 nəfər koronavirusa yoluxub, 8 nəfər isə infeksiyadan ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Finlandiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyi yayıb.
Bildirilib ki, aprelin 15-dək 3 237 nəfər koronavirusa yoluxub, 72 nəfər isə pandemiyanın qurbanına çevrilib. Ölənlərin orta yaş həddi 81-dir.
Eyni zamanda indiyədək Finlandiyada 300 nəfər sağalaraq evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 026 000-i ötüb. Bunların 494 418 nəfəri sağalıb, 129 099 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.