Yuxarı

Finlandiyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı qalib gəlib

Finlandiyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı qalib gəlib
Səsvermədə iştirak edən seçicilərin 62,6 faizi Niinistyonu dəstəkləyib

Bakı. 29 yanvar. REPORT.AZ/ Finlandiyanın hazırkı prezidenti Sauli Niinistyo səslərin 100 faizinin hesablanmasından sonra ölkədə keçirilən dövlət başçısı seçkilərində qalib gəlib.

“Report” TASS-a istinadən xəbər verir, ilkin nəticələr barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Seçkilərdə müstəqil namizəd kimi iştirak edən Niinistyo səslərin 62,6 faizini əldə edib. İkinci yerdə 12,4 faiz səslə müxalifyönlü "Yaşıllar" İttifaqı" partiyasından olan namizəd Pekka Xaavisto, üçüncü yerdə isə 6,9 faiz səslə "Həqiqi finlər"dən olan namizəd Laura Huhtasaari qərarlaşıb.

Prezident vəzifəsinə ümumilikdə 8 namizəd var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi