Bakı. 3 fevral. REPORT.AZ/ Finlandiya prezidenti Sauli Niinistyo 69 yaşında ata olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısının dəftərxanası məlumat yayıb.
Qeyd edilir ki, yanvarın sonlarında ikinci dəfə dövlət başçısı seçiən Sauli Niinistyo ikinci dəfə ata olub.
"Fevralın 2-də saat 20 radələrində (Bakı vaxtı ilə 22-də - red) prezident Sauli Niinistyonun və xanımı Yenni Haukionun oğlan övladları dünyaya gəlib. Ana və övladı özünü yaxşı hiss edir", - deyə məlumatda bildirilir.
Niinistyo ailəsində xoş xəbərin gözlənilməsi haqda məlumat ötən ilin oktyabrında yayılmışdı.
Niinistyo ölkəni 2012-ci ildən idarə edir. Niinistyo və Haukio 2009-cu ilin 3 yanvarında ailə qurublar. Prezidentin birinci həyat yoldaşı 1995-ci ildə baş vermiş yol qəzasında ölüb.