Filippində güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar var

Filippində güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar var Filippində 6,3 bal gücündə zəlzələ olub.
Digər ölkələr
17 Oktyabr , 2019 06:55
Filippində güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar var

Filippində 6,3 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:37-də qeydə alınıb. Zəlzələnin episentri Sultan-Kudarat vilayətinin Kolumbio yaşayış məntəqəsindən 7 kilometr məsafədə yerləşib.

Zəlzələ nəticəsində 5 nəfər ölüb, daha 77 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təbii hadisə zamanı 17 nəfər Makilala şəhərində, daha 60 nəfər isə Tulunan, Maqsaysay və Diqos şəhərlərində zərər çəkiblər. 

Son xəbərlər

Orphus sistemi