Yuxarı

Filippində təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Filippində təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Bakı. 17 mart. REPORT.AZ/ Filippində baş verən təyyarə qəzası nəticəsində 7 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Filippin Mülki Aviasiya Təşkilatından bildiriblər.

Hadisə martın 17-də ölkənin Bulakan əyalətində baş verib. Təyyarə Plaridel-Laoaq marşrutu üzrə hərəkət edirmiş və göyərtəsində 7 nəfər varmış. Onlardan biri pilot və 6-sı sərnişin olub. 

Bildirilib ki, qəzaya uğrayan “Piper PA-23 Apache” təyyarəsi “Lite Air Express” aviaşirkəti tərəfindən istismar olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi