Yuxarı

Filippində partlayış törədilib, ölən və yaralananlar var

Bakı. 29 avqust. REPORT.AZ/ Filippində partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Rappler" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Sultan-Kudarat vilayətinin İsulan şəhərinin bazarında baş verib. Partlayış zamanı 1 nəfər həlak olub, daha 36 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Bombanın bazarın yaxınlığında saxlanılan motosikletdə yerləşdirildiyi ehtimal edilir. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir. Partlayışın başvermə şəraiti müəyyənləşdirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi