​Filippində daşqınlar səbəbindən 70 mindən çox insan təxliyə edilib

​Filippində daşqınlar səbəbindən 70 mindən çox insan təxliyə edilib Təbii fəlakət nəticəsində 5 nəfər ölüb
Digər ölkələr
14 Avqust , 2016 12:04
​Filippində daşqınlar səbəbindən 70 mindən çox insan təxliyə edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Filippində daşqınlar səbəbindən 70 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, onların arasında ölkə paytaxtı Manilanın 9 min sakini də var.

Təbii fəlakət nəticəsində 5 nəfər ölüb.

Leysan yağışları bu həftə ölkənin qərb rayonlarında yağmağa başlayıb. Təbii fəlakət səbəbindən hökumət məktəbləri bağlayıb, hava limanları bir sıra daxili reysləri ləğv edib.

Son xəbərlər

Orphus sistemi