Yuxarı

Filippin prezidenti ABŞ-a hərbi tikintilərlə bağlı xəbərdarlıq edib

Filippin prezidenti ABŞ-a hərbi tikintilərlə bağlı xəbərdarlıq edib
O, hərbi razılaşmanı ləğv etməklə hədələyib

Bakı. 31 yanvar. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Duterte ABŞ-ı bu ölkənin ərazisində hərbi tikintilərin inşasından imtina etməyə çağırıb və bununla bağlı xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat verib.

Məlumata görə, o, həmçinin ABŞ-la bu ölkə arasında tikintisi haqqında hərbi razılaşmanı ləğv etməklə hədələyib.

"Mən ABŞ-a xəbərdarlıq etmək istəyirəm: bunu etməyin, mən icazə verməyəcəyəm", - deyə Duterte bildirib.

"Onun adının anbar və ya "təchizat stansiyası" olmasından asılı olmayaraq - bütün bunlar silahların daimi saxlanılması yerləridir. Bu, Filipinin qanunuyla qadağandır", - deyə prezident əlavə edib.

"Əgər ABŞ inad etsə, mən hərbi razılaşmanı təkrar gözdən keçirəcəyəm və yekunda, mümkündür ki, onu ləğv edim", - deyə o bildirib. Rodriqo Duterte vurğulayıb ki, 1998-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən Filippin ərazisində daimi hərbi tikintiləri inşa etmək qadağandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi