Filippin polisi məşhur müxalifətçi senatoru həbs edib

Filippin polisi məşhur müxalifətçi senatoru həbs edib Leyla de Limi narkotik maddə alverçisindən rüşvət almaqda şübhəli bilinir
Digər ölkələr
24 Fevral , 2017 08:16
Filippin polisi məşhur müxalifətçi senatoru həbs edib

Bakı. 24 fevral. REPORT.AZ/ Filippin polisi ölkə prezidenti Rodriqo Duterteni tənqid etməklə məşhur olmuş müxalifətdən olan senator Leyla de Limanı narkotik maddə alverçisindən rüşvət almaqda şübhəli sayaraq həbs edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər məlumat verib.

Agentliyin məlumatında bildirilir ki, senator, onun sabiq sürücüsü, mühafizəçisi, habelə həbsxana administrasiyasının keçmiş əməkdaşlarından biri yerli məhkəmənin qərarı ilə həbs olunub.

Məhkəmə keçən həftə Ədliyyə Nazirliyi tərəfindən Limaya qarşı irəli sürülmüş cinayət ittihamında əsas tapıb. Senatordan həmçinin həbsxanalarda narkotik alverçiləri ilə əlbir olmaqda və onlardan pul almaqda şübhələnirlər.

Qeyd edək ki, senator de Lima ötən il Beynəlxalq Cinayət məhkəməsini narkomanlara qarşı kəskin mübarizə aparan prezident barəsində təhqiqat aparmağa çağırmışdı. O, dövlət başçısının fəaliyyətini "insanlığa qarşı cinayət" adlandırırdı.

Son xəbərlər

Orphus sistemi