Yuxarı

Fidel Kastronun külünü daşıyan avtomobil karvanı Kubanın şərqinə yola düşüb - FOTO

Fidel Kastronun külünü daşıyan avtomobil karvanı Kubanın şərqinə yola düşüb - FOTO
Dekabrın 4-də Santyaqo de Kubada dəfn mərasimi keçiriləcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Fidel Kastronun külünü daşıyan avtomobil karvanı Kubanın şərqinə - dekabrın 4-də dəfn mərasimi keçiriləcək Santyaqo de Kuba şəhərinə tərəf yola çıxıb.

"Report" xəbər verir ki, avtomobil karvanı yola dünən Fidel Kastronun xatirəsinin anıldığı və kütləvi matəm tədbirlərinin keçirildiyi Havana İnqilab Meydanından başlayıb.

Paytaxt boyunca minlərlə insan maşın karvanını yola salaraq keçmiş ölkə başçısı ilə vidalaşır.

Xatırladaq ki, 1959-2008-ci illərdə Kubaya rəhbərlik etmiş dövlət, siyasi və partiya xadimi olan Fidel Kastro noyabrın 26-da 90 yaşında vəfat edib.

Foto: Kuba Xarici İşlər Nazirliyi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi