Estoniya parlamentində səsvermənin 3-cü turunda da prezident seçilməyib - YENİLƏNİB

Estoniya parlamentində səsvermənin 3-cü turunda da prezident seçilməyib - YENİLƏNİB Bundan sonra prezident parlamentin 101 deputatının və seçicilər kollegiyası tərəfindən seçiləcək
Digər ölkələr
30 Avqust , 2016 20:28
Estoniya parlamentində səsvermənin 3-cü turunda da prezident seçilməyib - YENİLƏNİB

Bakı. 30 avqust. REPORT.AZ/ Estoniya parlamenti bu gün səsvermənin üçüncü turunda da yeni prezidenti seçə bilməyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, nə hakim Sosial-Demokratik Partiya koalisiyasına daxil olan fraksiyaların və İslahat Partiyasının dəstəklədiyi Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siym Kallas, nə də müxalif Mərkəz Partiyasının dəstəklədiyi parlamentin deputatı Maylis Reps qələbə qazanmaq üçün lazım olan səs sayını toplaya bilməyib.

Bundan sonra prezident parlamentin 101 deputatının və yerli özünüidarənin 234 nümayəndəsinin daxil olduğu seçicilər kollegiyası tərəfindən seçiləcək. Bu mərhələdə qalib gəlmək üçün namizədə sadə səs çoxluğu kifayət edir.


***15:22

Estoniya parlamentində bu gün keçirilən səsvermənin ikinci turunda yenə prezident seçmək mümkün olmayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, üç namizəddən heç biri qələbə üçün zəruri olan səs sayı toplaya bilməyib.

Bir neçə saat sonra səsvermənin üçüncü mərhələsi keçiriləcək. Bu mərhələdə namizədlərin sayı 2 olacaq: hakim Sosial Demokrat Partiyası (SDP) və İslahatlar Partiyası Koalisiyasının dəstəklədiyi Avropa Komissiyasının sabiq vitse-prezidenti Siym Kallas və ikinci turda ən çox səs toplayan, mərkəzçi müxalifət partiyasının parlament fraksiyasının sədr müavini Maylis Reps.

Xatırladaq ki, dünən keçirilən səsvermənin ilk turunda deputatlar yeni prezidenti seçə bilməmişdi. Parlamentdə keçirilən gizli səsvermədə prezidentliyə namizəd deputatların üçdə ikisinin və ya 101 deputatdan azı 68-nin səsini qazanmalıdır.

Son xəbərlər

Orphus sistemi