Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurlayıb

Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurlayıb Bakı. 6 may. REPORT.AZ/ Erməni əsilli haker Peytsar Bxçadjyan amerikalı aktrisa və müğənni Peris Hiltonun açıq-saçıq fotolarını və 120 min dollarını oğurlayıb.
Digər ölkələr
6 May , 2018 07:51
Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurlayıb

Bakı. 6 may. REPORT.AZ/ Erməni əsilli haker Peytsar Bxçadjyan amerikalı aktrisa və müğənni Peris Hiltonun açıq-saçıq fotolarını və 120 min dollarını oğurlayıb.

"Report" xəbər verir ki, bu barədə "TMZ" nəşri bildirib.

Məlumata görə, haker 2015-ci ildən 2017-ci ilə qədər Hiltonun hesabına və "iCloud"da daxil olub. Fırıldaqçı qadın bank kartlarının köməyi ilə Hollivudun "Ruzvelt" mehmanxanasında nömrə icarəyə götürüb. Onda müğənni təxminən 40 min dollar itirib. Daha sonra o, Hiltonun adından aktrisanın köməkçisinə kənar hesaba 80 min dollar köçürməyi xahiş edib.

Həmçinin bildirilir ki, cinayətkar Peris Hiltonun intim şəkillərini də əldə edib. Ancaq onun bu fotolarla nə etdiyi dəqiq məlum deyil.

Erməni əsilli haker 2017-ci ildə tutulub. Mayın 7-də məhkəmə onun barəsində hökm çıxaracaq.

Son xəbərlər

Orphus sistemi