Ərdoğanla Tramp arasında telefon danışığı olub

Ərdoğanla Tramp arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon söhbəti olub.
Digər ölkələr
29 Aprel , 2019 20:20
Ərdoğanla Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon söhbəti olub.

“Report” NTV-yə istinadən xəbər verir ki, R.T.Ərdoğan söhbət zamanı Rusiya istehsalı olan “S-400” raket sisteminin idxalı üçün işçi qrupunun yaradılması təklifini irəli sürüb. İkitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparan tərəflər qarşılıqlı ticarət dövriyyəsini 75 milyard dollara çatdırmağı hədəflədiklərini bir daha ifadə ediblər.

Həmçinin Suriyadakı vəziyyət, terrorla mübarizədə bundan sonra da birgə əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

Türkiyə Prezidenti Kaliforniyanın San-Dieqo şəhərində törədilən terror hadisəsini pisləyərək ABŞ xalqına başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi