Ərdoğanla Merkel Liviya məsələsini müzakirə edib

Ərdoğanla Merkel Liviya məsələsini müzakirə edib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Digər ölkələr
18 Yanvar , 2020 23:07
Ərdoğanla Merkel Liviya məsələsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Report”un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti ilə Almaniya kansleri Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.

“Bizim prezident Angela Merkellə telefonla danışıb. Danışıqların gedişatında tərəflər regional məsələləri, xüsusən Liviyada yaranan vəziyyəti müzakirə ediblər”, - deyə xəbərdə bildirilir. 

Son xəbərlər

Orphus sistemi