Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

Ərdoğan Vaşinqtonda Trampla görüşəcək Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.
Digər ölkələr
24 Fevral , 2019 01:42
Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.

"Report" xəbər verir ki, bu barədə o, "CNN Türk"ün əməkdaşı ilə söhbətində bildirib.

Qeyd edilir ki, Tramp Ərdoğanı ABŞ-a dəvət edib, ancaq Türkiyənin dövlət başçısı amerikalı həmkarının öz ölkəsinə səfərini gözləyir.

Ərdoğan vurğulayıb ki, onunla Tramp arasında pozitiv münasibətlər mövcuddur. Bu, bir çox məsələləri sadə formada həll etməyə imkan verir.

Daha əvvəl Ərdoğan Trampla telefon danışığının detallarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi