Yuxarı

Ərdoğan İdlibə hücumun təhlükəli olduğunu bildirib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın İdlib şəhərinə hücum Türkiyə üçün humanitar riskdir.

"Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, dövlət başçısı qeyd edib ki, İdlibə hücum həmçinin regionda təhlükəsizliyə mənfi təsir göstərə bilər.

Bundan əlavə, Ərdoğan beynəlxalq ictimaiyyəti Suriya müxalifətinin son mərkəzi olan İdliblə bağlı tədbirlər görməyə çağırıb. Prezident qeyd edib ki, əks təqdirdə bütün dünya buna görə cavab verməli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi