Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belçikanın paytaxtı Brüsselə rəsmi səfəri planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, səfər martın 9-na nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. Telefon danışığında İdlibdəki böhran vəziyyəti və qaçqınlar problemi müzakirə edilib.