Yuxarı

Ərdoğan: Aİ Türkiyənin bu ittifaqa daxil olmasını ləngidir

Ərdoğan: Aİ Türkiyənin bu ittifaqa daxil olmasını ləngidir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa İttifaqı Türkiyənin bu quruma daxil olması prosesini ləngidir.

"Report" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Bildirilir ki, Ərdoğan Türkiyədə ölkənin Avropa Birliyinə daxil olması ilə bağlı referendumun keçirilməsini istisna etməyib.

"Bu, (Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı vəziyyət - red) tez başa çatsaydı, biz öz istiqamətimizi müəyyən edə bilərdik. Onlar işi əvvəlki kimi süründürürlər. Aİ-yə bəzi ölkələr üzv olublar, hansıları ki, bizimlə müqayisə etmək olmaz. Əgər bu məntiqlə davam etsək, onda bizə AB ilə bağlı münasibətimizə 81 milyonluq əhalinin münasibətini öyrənmək qalır ki, görək onlar nə deyəcəklər" – deyə Türkiyə prezidenti bildirib.

Bundan əvvəl Ərdoğan bəyan edib ki, Ankara və Avropa Birliyinin əksər ölkələrinin münasibətləri yaxşılaşa bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi