Ərdoğan: "Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib"

Ərdoğan: "Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib" Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib.
Digər ölkələr
22 Oktyabr , 2019 23:55
Ərdoğan: Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib

Suriya üzrə verilən vədlər tam yerinə yetirilməyib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində bildirib.

Türkiyənin dövlət başçısı qeyd edib ki, rəsmi Ankara yeni tədbirlər görməyə hazırdır. Rusiya səfərindən qayıdan Ərdoğan təyyarədə bildirib: "Verilən vədlər tam yerinə yetirilməyib". 

O, qeyd edib ki, Türkiyəyə çatdıqda dəqiq məlumatlar alacaq. 

"Atılması lazım olan zəruri addımları atacağıq. Güzəştə getsək, terror təşkilatına yol açmış olarıq", - deyə Türkiyə prezidenti əlavə edib. 

Bu, Suriyada əməliyyatın dayandırılması haqqında Türkiyə və ABŞ arasındakı razılaşmadan sonra rəsmi Ankaranın ilk reaksiyasıdır. Türkiyə Ordusu tərəfindən Suriyanın Fərat çayının şərqində keçirilən “Barış pınarı” antiterror əməliyyatının dayandırılması ilə bağlı verilən 120 saatlıq müddət bitib.

Son xəbərlər

Orphus sistemi