Yuxarı

Emmanuel Makron Donald Trampla görüşdə nə barədə danışacağını açıqlayıb

Emmanuel Makron Donald Trampla görüşdə nə barədə danışacağını açıqlayıb
© AFP 2018 / Ludovic Marin

Bakı. 10 noyabr. REPORT.AZ/ Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp ilə Suriya məsələsinin nizamlanması, İran, Yəmən, Afrika ilə bağlı vəziyyəti, ticarət məsələləri və ikitərəfli münasibətləri müzakirə etmək niyyətindədir.

"Report" bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

"Biz Suriya, İran, Yəmən, Afrika, ticarət məsələlərini müzakirə edəcəyik", - E.Makron Parisdə Donald Trampla görüşün əvvəlində deyib.

Öz növbəsində, ABŞ Prezidenti bildirib ki, bu, çox vacib gündür: "Liderlər gün ərzində xüsusilə hərbi məsələləri və terrorizmlə mübarizə məsələsini müzakirə edəcəklər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi