Əlcəzairdə təyyarə qəzası nəticəsində ölən hərbçilərin sayı 257 nəfərə çatıb - YENİLƏNİB - 3- VİDEO

Əlcəzairdə təyyarə qəzası nəticəsində ölən hərbçilərin sayı 257 nəfərə çatıb - YENİLƏNİB - 3- VİDEO Bakı. 11 aprel. REPORT.AZ/ Əlcəzairdə təyyarə qəzası nəticəsində ölən hərbçilərin sayı 257 nəfərə çatıb.
Digər ölkələr
11 Aprel , 2018 14:57
Əlcəzairdə təyyarə qəzası nəticəsində ölən hərbçilərin sayı 257 nəfərə çatıb - YENİLƏNİB - 3- VİDEO

Bakı. 11 aprel. REPORT.AZ/ Əlcəzairdə təyyarə qəzası nəticəsində ölən hərbçilərin sayı 257 nəfərə çatıb.

“Report” “Associated press”ə istinadən xəbər verir ki, bunu Əlcəzairin Müdafiə Nazirliyindən bildiriblər.  

Fövqəladə Hallar Agentliyinin sözçüsü Faruk Aşur deyib ki, hazırda hadisə yerinə 300 nəfər xilasedici cəlb olunub. 

***

Əlcəzairdə “İl-76TD” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 181 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə İdarəsindən bildiriblər.

Ölənlərin 26-sı Əlcəzair POLİSARİO Cəbhəsinin üzvləridir. Onlar Qərbi Saxaranın müstəqilliy uğrunda mübarizə aparırlar. Bu ərazini Mərakeş özünün ayrılmaz tərkib hissəsi sayır.


*** 12:55

Əlcəzairdə Rusiya istehsalı olan “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 200-dən çox hərbçi ölüb.  

“Report” TASS-a istinadən xəbər verir ki, qəza təyyarənin Əlcəzairin Bufarik hərbi bazasının aerodromundan uçuş etdikdən sonra olub.

Bu baza ölkə paytaxtı Əlcəzaridən 50 km cənubda yerləşir. 

Qəzanın səbəbi araşdırılır.


*** 12:20 

Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə aprelin 11-də yerli vaxtla səhər saatlarında ölkənin şimalında yerləşən Bufarik hava limanı yaxınlığında baş verib. 

Təyyarədə azı 100 nəfərin olduğu bildirilib. 

Hadisə nəticəsində onlarla insan ölüb.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi