Əlcəzairdə polislə nümayişçilər arasında toqquşma olub

Əlcəzairdə polislə nümayişçilər arasında toqquşma olub Əlcəzairin paytaxtında polislə nümayişçilər arasında toqquşma olub.
Digər ölkələr
12 Aprel , 2019 20:30
Əlcəzairdə polislə nümayişçilər arasında toqquşma olub

Əlcəzairin paytaxtında polislə nümayişçilər arasında toqquşma olub. 

“Report” “TRTWorld”a istinadən xəbər verir ki, qarşıdurma demokratiya uğrunda hərəkatın rəmzi kimi qəbul olunan Mərkəzi Poçt İdarəsinin yaxınlığında qeydə alınıb.

Polis əməkdaşları onlara daş atan nümayişçiləri dağıtmaq üçün bibər qazından istifadə ediblər. Eyni zamanda paytaxtdakı bulvarlar bağlanılıb, şəhərin giriş-çıxışlarında avtomobillər yoxlanılır.

Xatırladaq ki, Əlcəzairin paytaxtında və başqa iri şəhərlərdə kütləvi nümayişlər davam edir. Mitinq iştirakçıları ölkəni 20 il ərzində idarə etmiş eks-prezident Əbdüləziz Buteflikanın istefasına qane olmadıqlarını, köklü siyasi islahatlar tələb etdiklərini, hazırkı müvəqqəti dövlət başçısı Əbdülqədir bin Salehin də köhnə rejimin bir parçası olduğunu bildirirlər.

Son xəbərlər

Orphus sistemi