​Ekvadorda zəlzələ qurbanlarının sayı 480 nəfərə çatıb

​Ekvadorda zəlzələ qurbanlarının sayı 480 nəfərə çatıb 2,5 mindən çox insan yaralanıb
Digər ölkələr
19 Aprel , 2016 21:34
​Ekvadorda zəlzələ qurbanlarının sayı 480 nəfərə çatıb

Bakı. 19 aprel. REPORT.AZ/ Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 480 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin daxili işlər nazirinin müavini Dieqo Fuentes məlumat verib.

Bunadək 424 nəfərin həyatını itirdiyi bildirilmişdi. Fuentesin sözlərinə görə, 2,5 mindən çox insan yaralanıb.

Ekvadorda 7,8 bal gücündə zəlzələ aprelin 16-də baş verib.

Son xəbərlər

Orphus sistemi