​Əfqanıstanda mahal başçısı və mühafizəçisi qətlə yetirilib

​Əfqanıstanda mahal başçısı və mühafizəçisi qətlə yetirilib Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
23 May , 2015 12:52
​Əfqanıstanda mahal başçısı və mühafizəçisi qətlə yetirilib

Bakı. 23 may. REPORT.AZ/ Əfqanıstanın Uruzqan əyaləti Çarçeno mahalının başçısı Məhəmməd İsmayıl Haqyar və mühafizəçisi partlayış nəticəsində həlak olub.

"Report" RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda əyalətin mətbuat katibliyi məlumat yayıb. Xəbərə görə, partlayış mahal başçısının keçdiyi avtomobil yolunda quraşdırılıbmış. Məlumatda bildirilib ki, partlayış nəticəsində Haqyarın dostu da xəsarət alıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi