Yuxarı

​Əfqanıstanda mahal başçısı və mühafizəçisi qətlə yetirilib

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib

Bakı. 23 may. REPORT.AZ/ Əfqanıstanın Uruzqan əyaləti Çarçeno mahalının başçısı Məhəmməd İsmayıl Haqyar və mühafizəçisi partlayış nəticəsində həlak olub.

"Report" RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda əyalətin mətbuat katibliyi məlumat yayıb. Xəbərə görə, partlayış mahal başçısının keçdiyi avtomobil yolunda quraşdırılıbmış. Məlumatda bildirilib ki, partlayış nəticəsində Haqyarın dostu da xəsarət alıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi