Əfqanıstanın təhlükəsizlik qüvvələri 70-dən çox silahlını zərərsizləşdirib

Əfqanıstanın təhlükəsizlik qüvvələri 70-dən çox silahlını zərərsizləşdirib Zərərsizləşdirilənlər arasında "Taliban"ınn səhra komandirlərindən olan Mulla Anamulla da var
Digər ölkələr
14 May , 2017 19:26
Əfqanıstanın təhlükəsizlik qüvvələri 70-dən çox silahlını zərərsizləşdirib

Bakı. 14 may. REPORT.AZ/ Əfqanıstanın 9 vilayətində sutka ərzində keçirilmiş hərbi əməliyyatların gedişində 73 silahlı zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "TASS" Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatı Gülmənd, Qəndahar, Qunduz, Badahşan, Uruzxan, Badris, Bağlan, Balh və Samanqan vilayətlərində keçirilib.

Bundan əlavə, DİN-in məlumatına görə, Balh vilayətində zərərsizləşdirilmiş islamçıların arasında "Taliban" radikal hərəkatının səhra komandirlərindən olan Mulla Anamulla da var.

Son xəbərlər

Orphus sistemi