Yuxarı
    Bağlamaq

    Əfqanıstanda taliblər 4 nəfəri öldürüb, 33 nəfəri oğurlayıb

    Dinlə
    Bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib

    Bakı. 22 iyun. REPORT.AZ/ Əfqanıstanda yol-tikinti işləri zaman “Taliban”la təhlükəsizlik əməkdaşları arasında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb

    “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib.

    Onun sözlərinə görə, əyalətdə yol-tikinti şirkətinin 33 əməkdaşı terrorçu qruplaşmanın üzvləri tərəfindən qaçırılıb. Oğurlananlardan 20-si şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı, 13-ü isə mühəndis-texniki heyətin işçilərdir.

    D.Əhmədi bildirib ki, atışma zamanı təhlükəsizlik xidmətinin 4 əməkdaşı ölüb, 1-i yaralanıb. “Taliban”ın hücumu nəticəsində şirkətin 125-ə yaxın nəqliyyat vasitəsi yarasız hala düşüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi