​Əfqanıstanda "Taliban" xəstəxananı ələ keçirib

​Əfqanıstanda "Taliban" xəstəxananı ələ keçirib 40 dinc sakin yaralanıb, 14-ü polis olmaqla 20-dən çox insan ölüb
Digər ölkələr
28 Sentyabr , 2015 13:40
​Əfqanıstanda Taliban xəstəxananı ələ keçirib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Kunduz şəhərində "Taliban" hərəkatının terrorçuları yerli xəstəxananın binasını və bir sıra dövlət müəssisələrini ələ keçirib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, bu gün yerli vaxtla səhər saatlarında "Taliban"çılar Kunduza nəzarəti ələ keçirmək məqsədi ilə şəhərə hücum ediblər. Əfqanıstan hərbçiləri ilə döyüş nəticəsində 40 dinc sakin yaralanıb, 14-ü polis olmaqla 20-dən çox insan ölüb.

Qeyd edək ki, terrorçuların ələ keçirdiklər xəstəxanada 200-ə yaxın pasient olub.

Son xəbərlər

Orphus sistemi