Yuxarı

Əfqanıstanda polislə terrorçular arasında atışma olub, 15 polis ölüb, 15-i yaralanıb

Əfqanıstanda polislə terrorçular arasında atışma olub, 15 polis ölüb, 15-i yaralanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Əfqanıstanın Qəndahar əyalətində terrorçu “Taliban” qruplaşmasının silahlıları ilə atışmada 15 polis əməkdaşı ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət başçısının mətbuat katibi Davud Əhmədi məlumat verib.

Onun sözlərinə görə, silahlıların Qəndaharın şimal-şərqində polisin Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 25 terrorçu məhv edilib: "Silahlı toqquşmada 6 asayiş keşikçisi ölüb, 10-u yaralanıb. Əyalətin cənub-şərqində polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşmada isə 9 polis həyatını itirib, 5-i yaralanıb".

Bildirilib ki, “Taliban” 4 Nəzarət-Buraxılış Məntəqəsini ələ keçirdiyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi