Yuxarı

Əfqanıstan prezidentinin keçirdiyi mitinqdə partlayış törədilib, 24 nəfər ölüb, 31 nəfər yaralanıb

Əfqanıstanda mitinqdə partlayış olub, 24 nəfər ölüb, 31- yaralanıb

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəninin keçirdiyi seçkiqabağı mitinqdə törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hücum Parvan əyalətinin Cəngəlbağ rayonunda törədilib. 

Hələlik heç bir silahlı qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. 

Qeyd edək ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkisi keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi