Əfqanıstanda milli ordunun batalyon komandiri qətlə yetirilib

Əfqanıstanda milli ordunun batalyon komandiri qətlə yetirilib Bakı. 16 sentyabr. REPORT.AZ/ Əfqanıstan milli ordusunun batalyon komandiri bazar gününə keçən gecə Loqar əyalətində Taliban terrorçularının hücumu nəticəsində öldürülüb.
Digər ölkələr
16 Sentyabr , 2018 20:13
Əfqanıstanda milli ordunun batalyon komandiri qətlə yetirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Əfqanıstan milli ordusunun batalyon komandiri bazar gününə keçən gecə Loqar əyalətində "Taliban" terrorçularının hücumu nəticəsində öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Pajhwok" agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular nəzarət buraxılış məntəqəsinə gedən batalyon komandirinin avtomobilinə pusqu qurublar. Hücum nəticəsində daha bir nəfər ölüb, ikisi yaralanıb.

Son xəbərlər

Orphus sistemi