Əfqanıstanda mehmanxanaya hücum nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanda mehmanxanaya hücum nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB Əfqanıstanın Bədğuz əyalətinin Qalay-Nov şəhərində bir neçə yaraqlının hücumu nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.
Digər ölkələr
13 İyul , 2019 16:36
Əfqanıstanda mehmanxanaya hücum nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanın Bədğuz əyalətinin Qalay-Nov şəhərində bir neçə yaraqlının hücumu nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.

“Report” EFE-EPA-ya istinadən xəbər verir ki, əyalətin səhiyyə qurumunun rəhbəri Əbdül Lətif Rostayi hadisədən sonra üç meyitin, aralarında bir qadın və bir uşaq olmaqla 18 yaralının xəstəxanaya gətirildiyini bildirib.

Eyni zamanda “Taliban” hərəkatının sözçüsü Qəri Yusif Əhmədi də bir neçə döyüşçülərinin “şəhidliyə can atarkən” polis bölməsi yaxınlığındakı bir binaya girdiyini, atışmanın davam etdiyini açıqlayıb. Atışma əsnasında hücumu törədən üç nəfərin təhlükəsizlik qüvvələri tərəfindən məhv edildiyi bildirilir.


***15:39

Bu gün günorta saatlarında Əfqanıstanın Qalay-Nov şəhərində üstündə kamikadze jileti olan bir qrup şəxs mehmanxanaya soxularaq təhlükəsizlik qüvvələrinə atəş açıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, nəticədə üç nəfər asayiş keşikçisinin öldüyü, ikisinin isə yaralandığı bildirilir.

Davam edən atışma nəticəsində hadisəni törədən üç nəfərdən ikisi zərərsizləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi mehmanxananın polis tərəfindən mühasirəyə alındığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi