Əfqanıstanda gün ərzində 27 silahlı zərərsizləşdirilib

Əfqanıstanda gün ərzində 27 silahlı zərərsizləşdirilib Altı terrorçu əsir götürülüb, 17-si yaralanıb
Digər ölkələr
2 Aprel , 2017 00:18
Əfqanıstanda gün ərzində 27 silahlı zərərsizləşdirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri (ƏMTQ) gün ərzində ölkənin 34 əyalətindən 11-də aparılan anti-terror reydləri zamanı 27 terrorçunu zərərsizləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə şənbə günü İslam Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, eyni zamanda 6 terrorçu əsir götürülüb, həmçinin 17-si yaralanıb. Bununla yanaşı, çoxlu sayda döyüş sursatı aşkar edilərək götürülüb, 1 minalanmış avtomobil, üç motosiklet və terrorçuların sığınacağı məhv edilib.

Hərbçilər tərəfindən itkilər barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi