Bakı. 22 fevral. REPORT.AZ/ Əfqanıstanın cənub-şərqində yerləşən Paktike əyalətindəki bazarda partlayışın törədilməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
“Report” “Khaama”ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bildiriblər.
Məlumata görə, partlayış mopedə quraşdırılımış bombanın partlaması nəticəsində törədilib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Xəbərdə bildirilib ki, partlayışı törədən “Taliban” üzvüdür.