Əfqanıstanda bazarda partlayış olub, 4 nəfər ölüb, 22 nəfər yaralanıb

Əfqanıstanda bazarda partlayış olub, 4 nəfər ölüb, 22 nəfər yaralanıb Partlayışı törədən “Taliban” üzvüdür
Digər ölkələr
22 Fevral , 2017 15:44
Əfqanıstanda bazarda partlayış olub, 4 nəfər ölüb, 22 nəfər yaralanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Əfqanıstanın cənub-şərqində yerləşən Paktike əyalətindəki bazarda partlayışın törədilməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

“Report” “Khaama”ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bildiriblər.

Məlumata görə, partlayış mopedə quraşdırılımış bombanın partlaması nəticəsində törədilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Xəbərdə bildirilib ki, partlayışı törədən “Taliban” üzvüdür.

Son xəbərlər

Orphus sistemi