Əfqanıstanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Əfqanıstanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb Bakı. 26 yanvar. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində voleybol meydançasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Digər ölkələr
26 Yanvar , 2019 13:13
Əfqanıstanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində voleybol meydançasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Hadisənin başvermə səbəbi müəyyənləşdirilir. Partlayış radikal "Taliban" hərəkatının nəzarət etdiyi ərazidə baş verib.

Hazırda partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Eyni zamanda "1TVnews" telekanlı ölkənin Silahlı Qüvvələrinin 209-cu korpusunun bəyanatına istinad edərək bildirib ki, partlayışda ölənlərin hamısı "Taliban" yaraqlısı olub və onlar arasında hərəkatın bu bölgə üzrə əsas komandiri də var. Məlumata görə, 5 yaraqlı və 6 dinc sakin yaralanıb.

Son xəbərlər

Orphus sistemi