Əfqanıstanda aviazərbələr nəticəsində azı 20 dinc sakin ölüb

Əfqanıstanda aviazərbələr nəticəsində azı 20 dinc sakin ölüb Bakı. 28 noyabr. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Hilmənd vilayətinə endirilən aviazərbələr nəticəsində azı 20 dinc sakin, o cümlədən qadınlar və uşaqlar ölüb.
Digər ölkələr
28 Noyabr , 2018 15:34
Əfqanıstanda aviazərbələr nəticəsində azı 20 dinc sakin ölüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Hilmənd vilayətinə endirilən aviazərbələr nəticəsində azı 20 dinc sakin, o cümlədən qadınlar və uşaqlar ölüb.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, bu barədə məlumat verən vali hava hücumlarının radikal "Taliban" qruplaşmasının mövqelərini hədəf aldığını bildirib.

Amma o, aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri, yoxsa beynəlxalq koalisiya qüvvələri tərəfindən endirildiyini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi