Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib, ölən və yaralananlar var

Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib, ölən və yaralananlar var Bakı. 7 iyul. REPORT.AZ/ Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib.
Digər ölkələr
7 İyul , 2018 23:13
Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib, ölən və yaralananlar var

Bakı. 7 iyul. REPORT.AZ/ Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO missiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum zamanı 1 ABŞ əsgəri həlak olub, daha iki hərbçi yaralanıb.

Yaralılara tibbi yardım göstərilib. Onların vəziyyətinin sabit olduğu bildirilir.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır. ABŞ-ın Müdafiə Nazirliyinin qaydalarına əsasən ölən hərbçinin adı onun həlak olması xəbəri yaxınlarına veriləndən 1 gün əvvəl açıqlana bilməz.

Son xəbərlər

Orphus sistemi