Yuxarı

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

Onların arasında 17 İŞİD terrorçusu var

Bakı. 1 may. REPORT.AZ/ Ötən sutka ərzində Əfqanıstanın müxtəlif əyalətlərində aparılan anti-terror əməliyyatları zamanı azı 43 silahlı məhv edilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar ölkənin Kunar, Vardak, Nanqarhar, Zabul, Loqar və Kunduz əyalətlərində aparılıb. Nəticədə 17-si İŞİD terrorçusu olmaqla, 43 silahlı zərərsizləşdirilib. Əməliyyatlar zamanı silah və döyüş sursatları götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi