Yuxarı

Efiopiyada dövlət çevrilişinə cəhd edən təhlükəsizlik xidmətinin başçısı ölkədən qaçarkən öldürülüb

Efiopiyada ordu generalı öldürülüb

Efiopiyanın Amhara əyalətində dövlət çevrilişinə cəhd edən Təhlükəsizlik Xidmətinin rəhbəri Asamniu Siqe ölkədən qaçmaq istəyərkən öldürülüb.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

Bundan başqa, dövlət çevrilişinə cəhd nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Ölkədə Milli Matəm Günü elan edilib.

Qeyd edək ki, çevrilişi ordu generalı Asamniu Siqenin təşkil edib. 2018-ci ilədək A.Siqe ölkədə hakimiyyət çevrilişi hazırlamqda şübhəli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən il o, əfv edilərək azadlığa buraxılmışdı.

Qeyd edək ki, iyunun 23-də Efiopiyanın baş naziri Abiy Əhməd deyib ki, əhalisinin sayına görə ölkənin ikinci şəhəri olan Amharada dövlət çevrilişinə cəhd olub.

Hadisə nəticəsində Amhara əyaləti hökumətinin başçısı Ambahaya Mekonnen və onun müşaviri ölüb. Bu hadisədən sonra Efiopiya ordusu Baş Qərargahının rəisi Seare Mekonnen mühafizəçisi tərəfindən öldürülüb. Hazırda mühafizəçi nəzarət altında saxlanılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi