Bakı. 29 fevral. REPORT.AZ/ Yəmənin paytaxtı Ədəndə törədilmiş partlayış nəticəsində ən azı 4 nəfər ölüb, 5-i isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.
Partlayış Şeyx Osman rayonunda terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Mənbənin məlumatına görə, partlayıcı qurğu quraşdırılmış avtomobil təhlükəsizlik qüvvələri və hökumət hərbçilərinin toplaşdığı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partladılıb.