Ədəndə partlayış nəticəsində 4 nəfər ölüb

Ədəndə partlayış nəticəsində 4 nəfər ölüb Terrorçu-kamikadze təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinin yaxınlığında avtomobili partladıb
Digər ölkələr
29 Fevral , 2016 20:19
Ədəndə partlayış nəticəsində 4 nəfər ölüb

Bakı. 29 fevral. REPORT.AZ/ Yəmənin paytaxtı Ədəndə törədilmiş partlayış nəticəsində ən azı 4 nəfər ölüb, 5-i isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Partlayış Şeyx Osman rayonunda terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Mənbənin məlumatına görə, partlayıcı qurğu quraşdırılmış avtomobil təhlükəsizlik qüvvələri və hökumət hərbçilərinin toplaşdığı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partladılıb.

Son xəbərlər

Orphus sistemi