Yuxarı

Dünya bazarında neftin qiymətləri kəskin azalıb

Dünyada neftin qiymətləri kəskin azalıb

Dünya bazarında neftin qiymətləri kəskin azalıb. Belə ki, “Brent” markalı neft bir neçə dəqiqə ərzində 5 faizdən artıq ucuzlaşaraq 64,5 dollaradək geriləyib.

“Report” "Rbc.ru”ya istinadən xəbər verir ki, bu rəqəm dünənki hərracların yekun göstəricisinə nisbətən 6,54% azdır. Bənzər dəyişiklik göstərən WTI markalı neftin də bir bareli əvvəlki hərracın yekununa nisbətən 5,4 faiz azalaraq 59,28 dollar səviyyəsinə enib.

Qeyd olunur ki, dünya bazarında neftin kəskin ucuzlaşması Səudiyyə Ərəbistanının neft sənaye müəssisələrinə Yəməndəki husi qiyamçılarının hücumları ilə başlayan kəskin bahalaşmadan sonra meydana gəlib. Belə ki, sentyabrın 16-da “Brent” markalı neftin bir barelinin qiyməti ötən həftənin son hərracındakı səviyyəsinə nisbətən 20 faizədək artaraq 71,95 dollaradək qalxmış, bazar ertəsinin hərracları adıçəkilən markanın 14,61 faiz bahalaşması ilə qapadılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi