Dünyada koronavirus qurbanlarının sayı 347 min nəfərə çatır.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Son məlumatlara görə, ayrı-ayrı ölkələrdə COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Qeyd edilir ki, dünyada ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.
Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.